İnsanın əl damarlarının izləri əsasında tanınması texnologiyası nümayiş etdirilib

İnsanın əl damarlarının izləri əsasında tanınması texnologiyası nümayiş etdirilib
19:18 25 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Müasir dövrdə şəxsiyyətin biometrik göstəricilər üzrə müəyyən edilməsi üçün çoxlu sayda üsullar mövcuddur. İnsanın biometrik xüsusiyyətlərindən istifadə edərək onun tanınmasını müəyyən edən əsas metodlar barmaqlarda papilyar naxışlar, gözün qüzehli və torlu qişası, sifətin və əlin həndəsi nöqtələri, əl damarlarının təsviri üzrə identifikasiyadır. Bundan əlavə, dinamik xüsusiyyətlərdən də istifadə edən metodlar vardır ki, burada səs, əl yazması, ürək ritmləri və yerişə görə eyniləşdirmə nəzərdə tutulur. Bu gün daha populyar biometrik texnologiya barmaq izlərinin tanınmasıdır ki, bu sensorlardan artıq smartfon və planşetlərdə istifadə vüsət alıb.
Son illər dünyada biometrik texnologiyalar sahəsində aparılan tədqiqatlardan biri də insanın əl damarlarının izləri əsasında tanınması ilə əlaqədardır.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda da bu istiqamətdə elmi-tədqiqat işləri aparılır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsində bu məqsədlə hazırlanmış qurğu nümayiş etdirilib. Qurğunu “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə elmi-tədqiqat işi aparan Tuğrul Aktaş təqdim edib. T.Aktaş institutun dissertantıdır, Türkiyənin Yalova Universitetində müəllimdir.
Təqdimatda Tuğrul Aktaş tədqiqatların nəticələri barədə məlumat verib. O, infraqırmızı şüa mənbəyi olan qurğudan (LED-lampa) istifadə etməklə insanın əl damarlarının müxtəlif təsvirlərinin əldə olunması prosesini nümayiş etdirib. Həmçinin ultraqırmızı şüaları qəbul edən, xüsusi filtr qoyulmuş fotoaparatı və insanın əl damarlarını göstərən qurğunu (Vein finder V02) təqdim edib. Skaner infraqırmızı diapazonda əli işığa verir və damarların izlərini aydın şəkildə göstərir. Şifrələnmiş fayl USB-interfeysi vasitəsilə fərdi komyuter, server və ya noutbuka ötürülür ki, burada biometrik şablon yaranır.
Qeyd edək ki, Azərbaycanda insanın əl damarlarının təsvirləri əsasında tanınması üzrə elmi-tədqiqat işi ilk dəfə olaraq aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insanin_el_damarlarinin_izleri_esasinda_taninmasi_texnologiyasi_numayis_etdirilib-914478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR