Ədəbiyyatşünas alimlər hesabat veriblər

Ədəbiyyatşünas alimlər hesabat veriblər
19:33 25 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elmi-tədqiqat müəssisəsinin elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər üzrə 2015-ci ilin əhəmiyyətli hadisələri barədə ətraflı məlumat verib. Son illərdə institutda aparılan elmi-tədqiqat işlərinin geniş əhatə dairəsinə malik olduğunu diqqətə çatdıran İ.Həbibbəyli 7 cildlik Azərbaycan ədəbiyyatı tarixinin 5-ci cildinin və 10 cildlik ədəbiyyat tarixi çoxcildliyinin 1-ci cildinin üzərində son redaktə işlərinin aparıldığını bildirib.
Sonra Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov institutun cari ildə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.
Elmi şuranın iclasında gündəlikdə duran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Adebiyyatsunas_alimler_hesabat_veribler-914492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR