Türkiyə Rusiyanın zərbəsizni yumşaltmağa çalışır

Türkiyə Rusiyanın zərbəsizni yumşaltmağa çalışır
19:36 25 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ilə münasibətləri gərginləşən Türkiyə turizm sektorunu qorumaq üçün müxtəlif stimullaşdırıcı addımlar atmağa çalışır.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu məlumat verib. Davudoğlu Rusiyanın iqtisadi sanksiyalarından sonra ölkənin turizm sektorunun inkişafı istiqamətində atılan addımlar barədə danışıb:

“Rusiyanın tətbiq etdiyi bəzi sanksiyaların turizm sektoruna mənfi təsir etməməsi üçün bəzi tədbirlər görmüşük. 2015-ci ilin fevral ayından MDB-nin 8 ölkəsi ilə əməkdaşlıq edən turizm şirkətlərinə vergi güzəştləri tətbiq edirik. Eyni zamanda turizm şirkətlərinin kredit almaq imkanları sadələşdirlib. Artıq biz bu tədbirləri genişləndirmişik, indi 27 ölkə ilə işləyən turizm şirkətlərinə də aid edəcəyik. Bundan başqa, aprel-may aylarında biz hər çarter reysi üçün 6 min dollar ödəmişik. Bazarın zəifləməsinin qarşısını almaq üçün bu tədbirləri gələn ilin aprel-may ayları üçün də bütün ölkələr üzrə tətbiq etməklə davam etdirəcəyik”,- deyə Davudoğlu bildirib.



Türkiyənin turizm bölgəsi


Bu ilin ilk 10 ayı ərzində Türkiyəyə gələn xarici turistlərin sayına görə 15,56 faiz olmaqla almanlar üstünlük təşkil edib. Daha sonra siyahıda 10,7 faizlə Rusiya və 7,33 faizlə Böyük Britaniya yer alır.

Bu il Türkiyəyə gələn xarici turistlərin sayı 4,02 faiz azalıb ki, bu da ötən ilin eyni vaxtı ilə müqayisədə rus turistlərin sayında 19 faiz azalma müşahidə edilməsi ilə bağlıdır. Türkiyənin turizmdən gələn gəliri 4,4 faiz azalaraq ilin 3 rübü üzrə 12,3 milyard dollar təşkil edib.

2014-cü ildə Türkiyəyə 4,38 milyon Rusiya vətəndaşı səyahət etmişdi.

Türkiyə ilə Rusiya arasında münasibətlər bu ilin noyabrın 24-dən Türkikə hava qüvvələrinin Rusiyaya məxsus Su-24 tipli bombardman təyyarəsini vurmasından sonra gərginləşib. Bundan sonra Rusiya Türkiyəyə turist göndərişlərini və çarter reyslərini dayandırdı.


Vurulan rus təyyarəsi


Bundan əvvəlsə Rusiyanın sərnişin təyyarəsi Misirin Sinay yarımadası üzərində vurulmuş, nəticədə 224 nəfər həyatını itirmişdi. Bu hadisədən dərhal sonra Rusiya Misirin Şarm-əl-Şeyx turizm bölgəsinə də uçuşları və turist göndərişlərini dayandırmışdı.


Misirdə qəzaya uğrayan Rusiya aviaşirkətinə məxsus təyyarə


Ardınca Türkiyəyə turların da qadağan edilməsi Rusiyanın özü üçün də çətin vəziyyət yaradıb. Belə ki, bu ölkənin illik turist göndərişi limiti 8 milyon nəfərdən az olmur ki, bu ehtiyacın da hansı ölkə və ya ölkələr hesabına ödənilməsi sual doğurur. Çünki Rusiyadan istər Misirə, istərsə də Türkiyəyə tur paketlərin qiyməti digər turizm bölgələri ilə müqayisədə əhəmiyyətli dərəcədə əlçatan idi.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR