"2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsinin qalibləri açıqlanıb

"2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsinin qalibləri açıqlanıb
19:37 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni təyin edilən müdiri kollektivə təqdim edib.
"Report" xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin illik yekunlarına həsr edilən bayram tədbirində iştirak edən Əbülfəs Qarayev Vüqar Zeynalova uğurlar arzulayıb.
Nazir bildirib ki, Vüqar Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışdığı gündən mərkəzin işində inkişaf qeydə alınıb. Nazir Vüqar Zeynalova dekabrın 28-dən yeni vəzifəsinin icrasına başlamasını tapşırıb.
Ə.Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sabiq müdiri Əlikram Əliyevə də gələcək işlərində uğurlar diləyib: "Əlikram Əliyev bizim yaxşı işçilərimizdən biri olub və biz onunla vidalaşmırıq. Əlikram Əliyev yenə də bizim sıralarımızda olacaq".
Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi "2015-ci ilin ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi" müsabiqəsi qaliblərinin təqdimat mərasimini keçirib. Mərasimdə 20-dən artıq nominasiya üzrə mükafatlar qaliblərə təqdim edilib. Mükafatların qaliblərə təqdimatından sonra bayram konserti keçirilib.





Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/2015-ci-ilin-en-feal-medeni-maarif-muessisesi-ve-medeni

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR