Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
19:42 25 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Tsrnoqorats və Palatanın icraçı direktoru Natalia Popesku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə Serbiya-Azərbaycan Ticarət Palatası adından ən xoş arzularımızı çatdırırıq. Biz doğmalarınızın, dostlarınızın xoş təbriklərinə qoşularaq Sizə və ailənizə cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Bu gün Serbiya ilə Azərbaycanın ənənəvi dostluq əlaqələri həmişəkindən daha möhkəmdir. Ölkələrimiz arasında bütün sahələrdə mövcud olan strateji tərəfdaşlıq xalqlarımızın qarşılıqlı mənafeyi naminə inkişaf edir və dərinləşir. Biz əminik ki, yaxın gələcəkdə ölkələrimiz arasındakı əməkdaşlıq daha da güclənəcək.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulamaq fürsətindən istifadə edərək qarşıdan gələn Yeni il bayramınızı da təbrik edirik. Biz Sizə və dost Azərbaycan xalqına rifah və firavanlıq arzulayırıq.

Cənab Prezident, lütfən ən yüksək ehtiramımızı qəbul edin".

X X X

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov və Baş direktorun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi, xalqlarımız arasında çoxillik qarşılıqlı anlaşmaya və dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinə görə səmimi minnətdarlığımızı qəbul edin.

Biz Sizin qonaqpərvərliyinizə yaxşı bələdik. Azərbaycan torpağında - Sizin doğulub boya-başa çatdığınız, biliklərinizi, həyati və dövlətçilik təcrübənizi səxavətlə sərf etdiyiniz diyarda Sizinlə artıq ənənəyə çevrilmiş görüşlərimizi ən xoş hisslərlə xatırlayırıq. Bu gün Sizin rəhbərliyiniz ilə Azərbaycan dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənizin iqtisadi inkişafı, yüksək mənəvi və əxlaqi ab-havanın qorunub saxlanması, elmin, təhsilin, mədəniyyətin tərəqqisi qarşıya qoyulmuş planların həyata keçirilməsinə ardıcıl surətdə və inamla nail olan bir lider kimi şəxsən Sizin böyük xidmətlərinizin təsdiqidir. Siz dünya miqyaslı siyasi xadim kimi milli və beynəlxalq layihələrin həyata keçirilməsində həmişə müdriklik və sağlam düşüncə nümayiş etdirirsiniz. Bu isə indiki şəraitdə dövlət rəhbərindən həqiqətən çox böyük fədakarlıq, ardıcıl səylər və qətiyyət tələb edir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işinizdə uğurlar, gözəl ailənizə xoşbəxtlik və firavanlıq arzulayırıq".

X X X

Avstriyadakı "DİHAG" Holdinqin rəhbəri Artur Abdinov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu,

Doğum gününüz və qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizə səmimi təbriklərimi çatdırmağa şadam. Bir daha bildirmək istəyirəm ki, şəxsən mən Sizin son 12 ildəki fəaliyyətinizi yüksək qiymətləndirir və dəstəkləyirəm. Bu illər ərzində Azərbaycan demokratiya, iqtisadi və sosial inkişaf yolunda inamla irəliləyib, ölkənin beynəlxalq aləmdə nüfuzu və hörməti artıb.

Sizin həmvətəniniz kimi, işləri uğurla gedən, Mərkəzi və Şərqi Avropada poladtökmə zavodları şəbəkəsi, Avstriya, Almaniya, İsveçrə, Rusiya, İsrail, ABŞ və Ukraynada Azərbaycanı dəfələrlə dəstəkləmiş və Sizin rəhbərliyinizlə onun uğurlarına sevinməkdə davam edən geniş əhatəli dostları, tərəfdaşları və həmfikirləri olan, vyanalı iri sənayeçi kimi Sizi əmin etmək istərdim ki, Vətənimizin maraqlarını bundan sonra da hər vasitə ilə təbliğ və müdafiə etməyə, onun firavanlaşmasına şərait yaratmağa hazıram.

Sizin Avstriyaya rəsmi səfəriniz çərçivəsində Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı zamanı qısa söhbətimizi dərin məmnunluq hissi ilə xatırlayıram.

Cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzu edirəm".

X X X

"Russneft" Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

İqtisadi baxımdan çiçəklənən Azərbaycanın daha da inkişaf etməsinə yönələn fədakar əməyiniz Sizə təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da yüksək hörmət qazandırıb. Sizin ömür yolunuz, dövlətinizin mənafelərinə sədaqətiniz, fəal həyat mövqeyiniz Azərbaycana əzmkar xidmətin parlaq nümunəsidir. Əminəm ki, qarşıda respublikanı yeni nailiyyətlər və qələbələr gözləyir. Bunların rəhni isə Sizin siyasi müdrikliyiniz, təcrübəniz, doğma vətəninizə və xalqınıza məhəbbətinizdir.

İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə daha böyük uğurlar arzu edirəm".

X X X

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"!Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bizim dostluğumuzu və Sizin Alma Materə diqqətinizi yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm".

X X X

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyinə hərtərəfli dəstəyinizə və Türkdilli dövlətlər arasında sürətlə inkişaf edən əməkdaşlığa mühüm töhfələrinizə görə Sizə dərin minnətdarlığımı ifadə edirəm".

X X X

Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə firavanlıq, xoşbəxtlik, sağlamlıq, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Əlaqələrimizin və birgə səmərəli işimizin davam edəcəyinə ümid bəsləyirəm".

X X X

Rusiya Federasiyasının Qəhrəmanı, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizə Azərbaycan Respublikası sakinlərinin tam dəstəyi şəraitində ali dövlət vəzifəsində uğurlar arzu edirəm. Qoy, Volqoqrad vilayəti və Azərbaycan Respublikasının rayonları arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq möhkəmlənsin və inkişaf etsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".

X X X

Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbrikləri qəbul edin.

Biz Sizi müasir dövrün böyük siyasi xadimi kimi tanıyırıq. Sizin sayənizdə Azərbaycan Respublikasının inkişafı keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Azərbaycan xalqının ölkədə firavan yaşamaq haqqını reallığa çevirən Sizin kimi lideri vardır. Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Mən Həştərxan vilayəti ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üzrə məsələləri daim diqqətdə saxladığınıza görə Sizə xüsusi təşəkkür etmək istəyirəm.

İcazə verin, Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edim".

X X X

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyevdən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçiliyin və demokratik təsisatların təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək.

Şübhə etmirəm ki, xalqın Sizə göstərdiyi daimi dəstək və etimad, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, doğmalarınıza xoşbəxtlik və firavanlıq diləyim".

X X X

Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı qəbul edin. Sizə məsul dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram".

X X X

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri Leonid Slutski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz qeyri-adi, parlaq, ruhən güclü insanlar çevrəsinə aidsiniz. Öz bilik, bacarıq və təcrübənizi daim Vətənə xidmətə yönəldirsiniz. Atanız, ulu öndər Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirməklə Siz nadir çalışqanlıq əzmi, qüsursuz vətəndaşlıq və həyat mövqeyi nümunəsi göstərirsiniz. Azərbaycan dövlətinin və cəmiyyətinin təhlükəsizliyinin təmin olunmasına sanballı şəxsi töhfələr verirsiniz.

Bu gün dünya siyasətini çalxalayan proseslər şəraitində üzərinizə böyük məsuliyyət düşür. Amma mən əminəm ki, Siz bütün çətin məqamları dəf etməyə müvəffəq olacaqsınız, Azərbaycan xalqının maraqlarına uyğun, regional və beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsi, yeni çağırış və təhlükələri aradan qaldırmaq üçün yenə də məqbul qərarlar və həll yolları tapacaqsınız. Heç şübhəsiz, Siz Vətən qarşısında borcunuzu bundan sonra da şərəflə yerinə yetirəcək, yeni mühüm nailiyyətlər əldə edəcəksiniz. Aramızda yaranan qarşılıqlı anlaşma və etimadı yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, mehriban ailənizə və Sizin simanızda bütün zəhmətsevər Azərbaycan xalqına ürəkdən möhkəm cansağlığı, firavanlıq, uğurlar və xoş günlər arzulayıram".

X X X

Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu!

Ad gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.

Bu işıqlı gündə Sizə ürəkdən möhkəm cansağlığı, sevinc, qarşılıqlı dostluq əlaqələri, gözəl ovqat, Azərbaycan xalqının rifahı və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətinizdə uğurlar, Sizə və yaxınlarınıza firavanlıq arzu edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR