Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları bu il əla çıxış ediblər

İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları bu il əla çıxış ediblər

Date: 25 December 2015 19:48


Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) tərəfindən 2015-ci ilin yekunlarına dair iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMPK-nın prezidenti İlqar Rəhimov başa çatan ilin mühüm hadisələrindən danışıb. O deyib: “2015-ci il uğurlu oldu və mən AMPK-nın prezidenti kimi nəticələrdən razıyam. Azərbaycan paralimpiyaçıları bu il əla çıxış ediblər. Cüdoçularımızın uğurlarını xüsusilə qeyd etmək lazımdır. Onlar ilk Avropa oyunlarında bizi layiqincə təmsil ediblər. İlham Zəkiyev çempion oldu”.
AMPK-nın rəhbəri xatırladıb ki, komitə 19 olimpiya növdən 12-ni inkişaf etdirir. Tokioda keçiriləcək Paralimiada-2020-yə idmanın daha 2 növü əlavə ediləcək. İ.Rəhimov deyib: “Rio-de-Janeyro Paralimpiadasında qızıl medal üzrə öz rekordumuzu təzələmək istəyirik. Londonda 4 qızıl medalımız olub. Rio-de-Janeyroda 5-6 qızıl medal qazanmaq niyyətindəyik. Gələn ilin fevral ayında AMPK-nın 20 illiyini qeyd edəcəyik. Bu illər ərzində paralimpiya hərəkatının inkişafını görmək fərəhləndiricidir”, - deyə A.Rəhimov qeyd edib.
Paralimpiyaçılar 2015-ci ildə 79 medal, o cümlədən 32 qızıl, 28 gümüş və 19 bürünc mükafat, habelə Paralimpiada-2016-ya 14 lisenziya qazanıblar. İdmançılarımızın 13 qızıl medal qazandığı atletikanı və ən yüksək əyarlı 9 qızıl medal qazandığı üzgüçülüyü xüsusilə qeyd etmək lazımdır.

Tags:  İlqar Rəhimov Azərbaycan paralimpiyaçıları bu il əla çıxış ediblər


RƏYLƏR


Top news