Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qvardiola bu səbəbdən "Bavariya"dan ayrılır

Qvardiola bu səbəbdən "Bavariya"dan ayrılır

Date: 25 December 2015 19:49

Pep Qvardiolanın mövsümün sonunda "Bavariya"nı tərk edəcəyi barədə daha öncə xəbər vermişdik.


Metbuat.az "Sport Bild"ə istinadən xəbər verir ki, katalan məşqçi rəhbərliklə arasında yaranan fikir ayrılığı səbəbindən ayrılıq qərarı alıb. Məlumata görə, Qvardiola yayda Matteo DarmianDanilonun transfer edilməsini istəyib. O, bu keçidlər sayəsində Filipp Lamdan mərkəzdə daha çox istifadə etmək istəyirmiş.

Buna baxmayaraq, Münhen klubunun idarəçiləri Arturo Vidalın transfer edilməsinə qərar veriblər. Həmçinin Qvardiola Toni Kroosun satılmasına da qarşı imiş.

Pep Qvardiolanın yeni mövsümdən etibarən İngiltərə Premyer Liqasında klub çalışdıracağı gözlənilir.


Tags:  Pep Qvardiola Bavariya səbəb

RƏYLƏR


Top news