Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

19:53 25 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Ölkəmizdə filologiya elminin zəngin inkişaf tarixi, yaxşı ənənələri var və bu mühüm elm sahəsi üzrə tədqiqatlar müasir dövrdə də fəal şəkildə davam etdirilir. Hər il filologiya elminin müxtəlif sahələri ilə bağlı onlarla dissertasiya müdafiə edilir. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının vəzifəsi bu sahədə ilkin ekspertiza vəzifəsini yerinə yetirməkdir. Əvvəllər ayrı-ayrı elm sahələri üzrə mövcud olmuş koordinasiya şuraları yalnız yazılan dissertasiyaların mövzularının təkrarlanmasının qarşısını almaq vəzifəsini yerinə yetirirdisə, indi həmin qurumların həm fəaliyyət dairəsi, həm də səlahiyyətləri xeyli genişlənib. Filologiya Problemləri üzrə Elmi Şura Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyət göstərir. Respublikanın bütün müvafiq elmi tədqiqat institutları və elmi müəssisələrində, eləcə də ölkənin bütün təhsil ocaqlarında ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, mətnşünaslıq, folklor, dilçilik və digər istiqamətlərdə yazılacaq dissertasiyaların mövzusu əvvəlcə Filologiya Problemləri üzrə Elmi Şurada ciddi şəkildə araşdırılaraq tədqiq edilir.
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasına akademik Rafael Hüseynov rəhbərlik edir. Şuranın tərkibinə Azərbaycanın filologiya sahəsindəki ən görkəmli alimləri cəlb edilib.
Əsasnaməyə görə, ayrı-ayrı elm sahələri üzrə Elmi Şuraların iclasları ildə 4 dəfədən az olmayaraq keçirilməlidir. Lakin başa çatan 2015-ci ildə filoloq alimlər 8 dəfə toplaşaraq araşdırılacaq mövzularla bağlı müfəssəl müzakirələr aparıblar. Filologiya üzrə Elmi Şuranın dekabrın 25-də keçirilən axırıncı iclası ilə bağlı akademik Rafael Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Artıq tarixə çevrilən 2015-ci ildə biz filologiya elmləri üzrə doktorluq dərəcəsi almaq üçün yazılacaq 28, fəlsəfə doktoru olmaq üçün üzərində işləniləcək 159 mövzuya “hə” demişik. Bütövlükdə bir il ərzində filologiyanın fərqli qanadları ilə əlaqədar 187 dissertasiya üzərində araşdırmaların başlanması son dərəcə təqdirəlayiq hadisədir. Lakin unudulmasın ki, bu, heç də bizə təqdim olunan mövzuların hamısı deyil. Mövzusunun təsdiqi ilə bağlı müraciət edənlərin sayı əslində daha çox olub. 46 iddiaçıya ya mövzuları əvvəllər işlənmiş olduğu, ya artıq işlənməkdə olan hansısa tədqiqatları təkrarladığına görə, yaxud da mövzunun elmi cəhətdən yetərincə dərin və gərəkli olmadığı əsas götürülərək müsbət cavab verilməyib. Lakin belə hallara da rast gəlinir ki, mövzu da kifayət qədər qənaətbəxşdir, tərtib olunmuş tədqiqat planı da müasir tələblərə uyğundur, lakin iddiaçı ilə söhbət əsnasında, sual-cavablar gedişində onun özünün bu mövzunu lazımınca işləməyə qadir bir səviyyədə olmadığı aşkarlanır. Biz tam prinsipiallıq və ədalət duyğusu ilə Azərbaycan elminin, milli filoloji düşüncəmizin gələcəkdə daha da tərəqqi etməsi üçün bütün təcrübə və bacarığımızı sərf edir, gənclərin öz elmi yolunun lap başlanğıcından düzgün səmtləndirilməsinə səy göstəririk”.
Rafael Hüseynov əlavə edib ki, ənənəvi olaraq yenə də filologiya elmləri üzrə dissertasiya müdafiə etmək istəyənlərin sayı digər elm sahələri ilə müqayisədə üstünlük təşkil edir. Lakin əvvəlki dövrlərlə müqayisədə həm bu tədqiqat mövzularının miqyası genişlənib, həm də yeni araşdırmaların müasir dünya elminin yüksək tələblərinə uyğunlaşması istiqamətində ciddi irəliləyişlər müşahidə edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bukmeker kantorlarında udulmuş ən böyük məbləğlər

22 İyul 2017 16:57

Nüfuzlu banklar Avropadakı mərkəzi ofislərini Londondan çıxarır

22 İyul 2017 16:57

İlham Əliyev Misir Prezidentini təbrik edib

22 İyul 2017 16:53

Alişanın bu sözləri nişanlısını əsəbiləşdirəcək

22 İyul 2017 16:52

"Milan" "Bavariya"nı darmadağın etdi - VİDEO

22 İyul 2017 16:47

Azacıq dövlət tərbiyəniz olsun!

22 İyul 2017 16:43

"Qələbə qazanmaq motivasiyamızı artırar" - "Şerif"in qapıçısı

22 İyul 2017 16:37

İsti su içməyin 8 MÜKƏMMƏL FAYDASI

22 İyul 2017 16:33

Təyyarə məcburi eniş etdi - Quşa görə

22 İyul 2017 16:32

Bakı-Moskva əlaqələrində Soçi mərhələsi: düşmənlər təlaşda

22 İyul 2017 16:27

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası istifadəyə verilib

22 İyul 2017 16:27

Polisin "narkotik oyunu" -

22 İyul 2017 16:26

Uşaqlar zəlzələyə görə gecə küçədə yatdılar - FOTO - VİDEO

22 İyul 2017 16:22

Rusiya hərbi cinayətlərinə görə CAVAB VERƏCƏK - MƏHKƏMƏ

22 İyul 2017 16:18

Filippinin cənubunda tətbiq olunan hərbi vəziyyət rejiminin müddəti uzadılıb

22 İyul 2017 16:17

Meryem Uzerli gecə klubunda səhərə qədər iş adamı ilə rəqs etdi - FOTO

22 İyul 2017 16:17

Sxadadze istefa verdi

22 İyul 2017 16:12

53 yaşlı müəllimə şagird ilə seksə görə tutuldu - FOTO

22 İyul 2017 16:05

Yaqub Mahmudov: Dərsliklərin elmi məzmununa ciddi diqqət yetirilməlidir

22 İyul 2017 16:04

Günəş şüalarının bədənə İNANILMAZ TƏSİRİ

22 İyul 2017 16:03

Ədliyyə orqanlarında işləmək istəyənlərlə aparılacaq söhbətin tarixi açıqlanıb

22 İyul 2017 16:02

“Milan” Beynəlxalq Çempionlar Kubokunda “Bavariya”nı böyük hesabla məğlub edib

22 İyul 2017 16:02

Göyçayda iki avtobus yandı

22 İyul 2017 15:57

Kooperasiya Universitetində imtahan verən abituriyentlər yenidən imtahan verəcəklər

22 İyul 2017 15:57

“Prezidentin bu addımının dünyada bənzəri yoxdur” - MİLLƏT VƏKİLLƏRİ

22 İyul 2017 15:53

"Azərbaycan və Rusiya prezidentlərinin görüşü əməkdaşlığın inkişafı üçün müsbət nəticə verəcək"

22 İyul 2017 15:52

Cazibədar Emili çılpaq halda kamera qarşısında - FOTO

22 İyul 2017 15:47

Beynəlxalq Üzgüçülük Federasiyası bukmeker kontorlarının reklamlarını qadağan edib

22 İyul 2017 15:47

İlham Əliyev Misir Prezidentini təbrik edib

22 İyul 2017 15:47

I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

22 İyul 2017 15:42

Prezident İlham Əliyev Misirin dövlət başçısına təbrik məktubu göndərib

22 İyul 2017 15:42

Balakəndə qədim Alban məbədi aşkarlanıb

22 İyul 2017 15:42

Azərbaycanlı aktyor Burak Özçivitlə görüşdü - FOTO

22 İyul 2017 15:38

"Panatinaikos" iştirak ərizəsini UEFA-ya göndərdi

22 İyul 2017 15:37

Süfrə arxasında bu 6 şeyi ƏSLA ETMƏYİN: “Nuş olsun” demək olmaz

22 İyul 2017 15:33

Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls

22 İyul 2017 15:32

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

22 İyul 2017 15:28

"Aqrolizinq"in texnikasını sığortalayacaq şirkətlərdən biri məlum olub

22 İyul 2017 15:27

"Qəbələ"nin 109 yaşlı rəqibi

22 İyul 2017 15:27

ABŞ-ın səhvən vurduğu polislərin sayı açıqlandı

22 İyul 2017 15:27

Baş prokuroru qətlə yetirən 28 nəfər öldürüləcək

22 İyul 2017 15:23

Sükan arxasında sifariş qəbul edən taksi sürücülərini cərimə gözləyir - VİDEO

22 İyul 2017 15:22

Bu insanlarla əlaqəni BİRDƏFƏLİK kəsin

22 İyul 2017 15:13

Aleksis Sançes PSJ ilə razılığa gəldi

22 İyul 2017 15:12

Xəzər Dəniz Gəmiçiliyi geyim formaları axtarır

22 İyul 2017 15:12

Markov: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinə təzyiqi gücləndirir"

22 İyul 2017 15:12

Biləsuvarda avtomobil qaçırılıb

22 İyul 2017 15:09

Bugünkü imtahan nəticələri nə vaxt elan ediləcək?

22 İyul 2017 15:08

Bu görüş ermənilərin bütün səylərini silə bilər

22 İyul 2017 15:05

“Onlar yenidən qəbul imtahanı verəcəklər” – DİM-dən açıqlama

22 İyul 2017 15:04