Bakı Fond Birjasında ilk dəfə olaraq səhmlər üzrə market meyker fəliyyətinə start verilir

Bakı Fond Birjasında ilk dəfə olaraq səhmlər üzrə market meyker fəliyyətinə start verilir
19:58 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 28-dən etibarən Bakı Fond Birjasında ilk dəfə olaraq səhmlər üzrə market meyker fəliyyətinə start verilir.

Birjadan Trend-ə verilən məlumata görə, bu məqsədlə BFB ilə birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC arasında market meyker müqaviləsi imzalanıb. Beləlikə, AzFinance İnvestisiya Şirkəti BFB-də səhmlər üzrə ilk market meyker təyin edilib.

Şirkətlə razılaşmaya əsasən ilkin olaraq market meyker fəliyyəti AZ10010018378 qeydiyyat nömrəli, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə həyata keçiriləcəkdir. Eyni zamanda, BFB tərəfindən market meykerin digər səhm buraxılışları üzrə likvidliyin təmin olunması müraciətinə baxılır.

Market meyker qeyd olunmuş qiymətli kağızlar üzrə 15 000 manat həcmində BFB-də gündəlik alış və satış öhdəliyi daşıyır. Alış və satış qiymətləri arasında qiymətlər dəhlizi (spredi) 5% təşkil edir.
Xatırladaq ki, BFB-də istiqrazlar üzrə fəaliyyət göstərən market meykerlər də daxil olmaqla, bazarda hazırda 3 market meyker institutu fəaliyyət göstərir.

BFB-də market meyker insitutunun yaradılması və təşviqi bazarda rəqbətli qiymətlərin formalaşması və likvidliyin artırılması məqsədi daşıyır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR