Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemləri artıq öz həllini tapıb

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemləri artıq öz həllini tapıb
19:58 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda il ərzində görülən işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənilib.
Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çıxışında son 5 ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 2 dəfəyədək artırıldığını, bunun nəticəsində ölkəmizdə 600-ə yaxın səhiyyə müəssisəsinin tikilərək və ya əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb.
G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının xüsusi rolunu qeyd edərək bildirib ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi problemi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu müalicəsini yaşadığı ərazidə alır. Mingəçevir şəhərində, İsmayıllı rayonunda və Kliniki Tibbi Mərkəzdə də yeni hemodializ şöbələri açılıb.
Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edildiyi, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirildiyi, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan işlər sayəsində epidemioloji sabitliyin qorunub saxlanıldığı vurğulanıb. Eyni zamanda, Nazirlik tərəfindən son illər ərzində kadr hazırlığı sahəsındə əhəmiyyətli tədbirlər həyata keçirildiyi qeyd edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.
Nazir Oqtay Şirəliyev dövlət başçısının səhiyyə böyük diqqət və qayğısını vurğulayaraq deyib ki, 2015-ci ilin sosial-iqtisadi inkişafı səhiyyə sahəsində də öz əksini tapıb. Qarşıda duran vəzifələrə dair fikirlərini kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir ana və körpələrin ölüm əmsalları, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə bu il müdavim olmuş həkimlərin bölgələrdə yüksək səviyyədə işlə təminatı, il ərzində Səhiyyə Nazirliyinə daxil olan müraciətlər barədə də danışıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xroniki_boyrek_chatismazligindan_eziyyet_cheken_insanlarin_problemleri_artiq_oz_hellini_tapib-914507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR