Mobil operatorlardan qiymət artımı ilə bağlı açıqlama

Mobil operatorlardan qiymət artımı ilə bağlı açıqlama
20:05 25 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dekabrın 21-də həyata keçirilən milli valyutanın devalvasiyası ölkədəki mobil rabitə operatorlarının rouminq xidmətlərinin tariflərinə ciddi təsir edəcək.

Milli.Az xəbər verir ki, report-un apardığı araşdırmalara əsasən, Azərbaycandakı mobil operatorlar rouminq xidmətləri üzrə xarici tərəfdaşları ilə hesablaşmaları xarici valyutada apardığına görə, bu xidmətlərin manat ekvivalentində dəyəri də artacaq. Bu isə öz növbəsində müştərilərə göstərilən rouminq xidmətlərinin bahalaşmasına səbəb olacaq.

"Azercell Telecom" şirkəti bildirib ki, ölkədə xarici valyutanın məzənnəsinin yüksəlməsi şirkətin istər rouminq, istər ölkədaxili səs və mobil data tariflərində hələ ki, heç bir qiymət dəyişikliyinə səbəb olmayacaq.

"Azerfon" şirkətindən ("Nar" ticarət nişanı) isə "Report"a bildirilib ki, şirkət hazırda ölkədə yaranan iqtisadi vəziyyəti dəyərləndirilir: "Yaxın zamanda rouminq və digər xidmətlərlə bağlı hər hansı bir qiymət artımı planlaşdırmırıq".

"Bakcell"dən isə qeyd edilib ki, şirkət müxtəlif istiqamətlərdə rouminq tariflərini artıq yeniləyib: "Abunəçilərinə rouminq xidməti təqdim edən "Bakcell" tərəfdaşları ilə hesablaşmanı xarici valyutada apardığına görə tariflər müvafiq qaydada məzənnəyə uyğun olaraq yenilənəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR