Gənc rəssamın qəlbinin rəngləri sərgilənib

Gənc rəssamın qəlbinin rəngləri sərgilənib
20:13 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 25-də Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Gülarə Hüseynovanın “Qəlbimim rəngləri” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Əməkdar Artist Nərgiz Cəlilova sərgidə balaca rəssamın müxtəlif janrlarda çəkdiyi 34 rəsmin nümayiş olunduğunu söyləyib.
Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov bildirib ki, Gülarə Hüseynovanın yaradıcılığında natürmort janrı və mənzərələr xüsusi yer tutur. Gənc rəssam əsərlərinin hər birində özünü əks etdirir. Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya məktəbi”nin 7-ci sinfində oxuyan G.Hüseynovanın əsərlərində bəzi dərin fəlsəfi mənalar özünü göstərməkdədir.
Xalq Rəssamı Arif Hüseynov “Günəbaxanlar”, “Kölgə”, “Şəlalə” əsərlərində bu balaca rəssamın təbiətin gözəlliyinə müxtəlif yanaşma tərzi ilə fərqləndiyini söyləyib.
Onun ilk rəsm müəllimi Səbinə Kazımova G.Hüseynovanın zəhmətsevərliyindən və gözəl zövqə malik olmasından danışıb. Onun “Quşlar”, “Mənim ilk kəpənəyim” tablolarında öz sözünü deməyi bacardığını söyləyib.
Sonda gənc rəssam bahar fəslini daha çox sevdiyini, gördüyü təbiət gözəlliklərini rəsmə çevirməkdən xüsusi zövq aldığını bildirib.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Sərgi iki gün davam edəcək.










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_ressamin_qelbinin_rengleri_sergilenib-914510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR