Xalça muzeyinin təqaüdə göndərilən direktoru danışdı

Xalça muzeyinin təqaüdə göndərilən direktoru danışdı
20:21 25 Dekabr 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Xalça Muzeyinin direktoru Röya Tağıyeva bir sıra məsələlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirdiyi kollegiya iclasında təqaüdə göndərildiyi elan olunan Xalça Muzeyinin direktoru Röya Tağıyeva anspress-ə danışıb. 1 yanvar 2016-cı il tarixindən işinə xitam veriləcəyini deyən Röya Tağıyeva bu qərarla razılaşdığını bildirdi. Onun sözlərinə görə, bu qərarı çoxdan gözləyirdi, hətta könüllü olaraq bu vəzifədən getmək istəyib:
 
"Bəli, bu gün mən 71 yaşımla əlaqədar təqaüdə göndərildim. Nazir Əbülfəs Qarayev mənim əməyimi yüksək qiymətləndirərək haqqımda xoş sözlər dedi. Şöhrət ordeninə layiq görüldüyümü, 70 illik fəaliyyətimi vurğuladı. Muzeyin direktoru kimi fəaliyyətimin ən parlaq nəticələri buradakı eksponatların çətin vaxtlarda qorunub saxlanması və yeni məkanda muzeyin qurulmasıdır. Mən buna nail oldum. Bunu cənab nazir də iclasda qeyd etdi".
 
Röya Tağıyeva bir müddət əvvəl nazirin ona verdiyi şiddətli töhmət barədə də danışdı. Rəhbərlikdən uzaqlaşdırılmasını töhmətlə əlaqələndirmədi, bunun öz istəyi olduğunu bildirdi. O, muzey ətrafında gedən şayiələrə görə işdən ayrılmasının bir qədər ləngidiyini dedi:
 
"Mən bu qərara özüm təkan vermişəm. Nöqsanlar isə hər işdə olur. Əsas odur ki, muzeyin fəaliyyətini aktivləşdirə bildim. Elə bir müəssisə yoxdur ki, orada qüsur olmasın, qeydə alınan çatışmazlıqlar da administrativ xarakter daşıyırdı. Düzdür, buna görə töhmət aldım, amma bu məsələlərin bu qədər böyüdüləcəyini düşünmürdüm. Muzeylə bağlı xoşagəlməz söhbətlərə artıq səbəb yoxdur. Nəhayət ki, muzey ətrafındakı araşdırmalar bitdi və hər şey aydınlaşdı. Bundan sonra özümü elmi işlərə həsr edəcəm".

Ə.Qarayev bu gün keçirilən kollegiya iclasında onu da vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyeva təcrübəli muzey işçisidir:
 
"Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43178

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR