Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda iyunun 1-dən nikaha daxil olmaq istəyən 82 min nəfər müayinədən keçib

Azərbaycanda iyunun 1-dən nikaha daxil olmaq istəyən 82 min nəfər müayinədən keçib

Azərbaycanda yaşamaq üçün 97 nəfər məqsədli nikaha daxil olub (16 Mart 2017 11:12)
Bir ayda 49 nəfərdə siflis, 9 nəfərdə QİÇS aşkarlandı (07 Mart 2017 17:08)
Ötən ay 9 nəfərdə QİÇS aşkarlanıb - Nikah statistikası (07 Mart 2017 14:29)

Tarix: 25 Dekabr 2015 20:22

Bakı. 25 dekabr. REPORT.AZ/ "Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar iyun ayının 1-dən etibarən 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazirliyin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
O bildirib ki, nikaha daxil olanların tibbi müayinəsi talassemiyanın profilaktikası baxımından çox böyük əhəmiyyət kəsb edir: "Bu ilin ötən dövrü ərzində qan nümunəsi götürülənlər arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 40 cütlük aşkar edilib. Bunlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib".

Teqlər:  Azərbaycanda iyunun 1-dən nikaha daxil olmaq istəyən 82 min nəfər müayinədən keçib



RƏYLƏR


Top xəbərlər