"LUKoil" yanacaqdoldurma məntəqələrini satır

"LUKoil" yanacaqdoldurma məntəqələrini satır
20:22 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "LUKoil" şirkəti Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satmağı planlaşdırır.

Milli.Az-ın məlumatına görə, report xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "Rossiya 24" kanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır.

Qeyd edək ki, şirkət Estoniyadakı aktivlərini artıq satıb.

V.Ələkbərov Rusiya-Türkiyə arasında yaranan siyasi gərginliyin isə "LUKoil"in bu ölkədəki fəaliyyətinə neqativ təsiri olmadığını və Türkiyədəki aktivlərini satmaq niyyətində olmadığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR