Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda bayram yarmarkası təşkil olunub

Lənkəranda bayram yarmarkası təşkil olunub

Date: 25 December 2015 20:23


Lənkəran, 25 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 25-də Lənkəran şəhərindəki dəmir yol vağzalı meydanında satış-yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayram yarmarkasında Bakı şəhərində, respublikamızın rayonlarında və Lənkəranda fəaliyyət göstərən 32 istehsal müəssisəsi və şirkət iştirak edib.
Satışa müxtəlif adda kənd təsərrüfatı və yeyinti məhsulları çıxarılıb. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır.
Yarmarkanın keçirilməsində məqsəd bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaqdır. Buradakı məhsullar həm keyfiyyətinə, həm də qiymətinə görə bazardan fərqlənir.



Tags:  Lənkəranda bayram yarmarkası təşkil olunub


RƏYLƏR


Top news