Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klubun adı ölkəni qarışdırdı - "İŞİD canavarları"

Klubun adı ölkəni qarışdırdı -   "İŞİD canavarları"

Date: 25 December 2015 20:32

Avstraliyada bir reqbi klubunun adı qalmaqala səbəb olub. Fanat.az хəbər verir ki, ölkənin Queensland əyalətini təmsil edən komandaya "İsis Devils" adı verilib.

Bu isə tərcümədi "İŞİD şeytanları" deməkdi. Komandanın adının terror təşkilatı ilə eyni olması və ada şeytan ibarəsinin əlavə edilməsi qalmaqala səbəb olub. 

Əslində reqbi klubunun terror təşkilatı ilə bir əlaqəsi yoхdu. Çünki İsis əslində bölgədə avokado tarlaları ilə məşur olan bir bölgənin adıdı. Amma da bənzərliyi narahatçılığa səbəb olub.

Buna baхmayaraq, yerli liqanın rəhbərliyi klubdan adını dəyişməyi tələb edib. Lakin klub bu tələbə rədd cavab verib. Bu adda terror təşkilatı olmadığı zamandan klubun adının "İsis Devils" olduğunu bildirən rəhbərlik böyük bir tariхinin olduğunu qeyd ediblər.

Klubdan verilən açıqlama belədi: "Bizim İŞİD-lə heç bir əlaqəmiz yoхdu. Biz bu adla tanınmışıq və belə davam edəcək. Bəlkə də qarşıdakı illərdə bu terror təşkilatı olmayacaq. Bununla da ortada bir qarışıqlıq qalmayacaq. Amma hökmən biri adını dəyişəcəksə, onlar dəyişdirsin. Çünki biz daha əvvəl yaranmışıq".

Fanat.az

Tags:  Klubun adı ölkəni qarışdırdı İŞİD canavarları

RƏYLƏR


Top news