Astarada məktəblilər arasında şahmat yarışının qalibləri mükafatlandırılıb

Astarada məktəblilər arasında şahmat yarışının qalibləri mükafatlandırılıb
20:38 25 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 25 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara Şahmat Məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş məktəblilər arasında şahmat yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, beş gün davam edən idman yarışında 14 məktəb komandasından 60 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
Dörd qrupda və Olimpiya sistemi əsasında keçirilən yarışlarda öz qruplarında birinci və ikinci yeri tutan komandalar finala vəsiqə qazanıblar.
Final mərhələsində Tüləgivan və Şağlazüzə kənd, Astara şəhər 4 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar.
Qaliblərə diplom və xatirə hədiyyələri verilib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarada_mektebliler_arasinda_sahmat_yarisinin_qalibleri_mukafatlandirilib-914519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR