Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyi qeyd ediləcək

Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyi qeyd ediləcək

Date: 25 December 2015 20:47

Bakı. 25 dekabr. REPORT.AZ/ 2016-cı il yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illik yubileyi qeyd ediləcək.
"Report" xəbər verir ki, bu fikirləri 2015-ci ilin yekunlarına dair keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
"Yubileylə bağlı tədbirlərə hazırlaşırıq. Amma yubiley tədbirlərimiz təmtəraqlı konsert proqramından ibarət olmayacaq. Mədəniyyət və Turizm Nazirliyi tam gücü ilə işləyir. Bizim şöbələrimizdə çalışanlar şənbə, bazar günü, istirahət bilmirlər. Hər gün çalışırıq, il ərzində çoxlu tədbirlər, yubileylər qeyd edirik. Bizim haqqımızda yazırlar ki, mədəniyyətə yaxşı baxmırıq, bəziləri yazır ki, turizmə yaxşı baxmırıq. Amma bu, belə deyil. Nazirliyin bütün əməkdaşları çalışırlar"
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib və Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. 

Tags:  Mədəniyyət Turizm Nazirliyinin 10 illik yubileyi qeyd ediləcək

RƏYLƏR


Top news