Heydər Əliyev Fondu Qaradağ rayonunda uşaqlar üçün bayram şənliyi keçirib

Heydər Əliyev Fondu Qaradağ rayonunda uşaqlar üçün bayram şənliyi keçirib
20:47 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 25-də Heydər Əliyev Fondu Qaradağ rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirib.

Trend Fondun saytına istinadən xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək uşaqların keyfiyyətli təhsil almalarının, yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıb. O deyib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.

Qeyd edilib ki, son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir.

Tədbir bayram konserti ilə davam etdirilib.

Sonda Heydər Əliyev Fondu tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR