Ermənistanda həbsdə saxlanılan azərbaycanlı DANIŞDI - VİDEO

Ermənistanda həbsdə saxlanılan azərbaycanlı DANIŞDI - VİDEO
20:47 25 Dekabr 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+

5 ay Ermənistanda həbsdə saxlanılan Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini, azərbaycanlı Turqay Mikayılov evinə qayıdıb. Milli.Az xəbər verir ki, TTV-nin Gürcüstan bürosu Turqay Mikayılovla görüşüb.

Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini, azərbaycanlı Turqay Mikayılov iyulun 23-də yolu azaraq Ermənistan tərəfə keçib. Dumanisinin Yırğançay kəndi yaxınlığında Faxralı sakinlərinə məxsus yaylaqda çobanlıq edən soydaşımız siqaret almaq üçün dağdan enərkən səhvən Ermənistanın Cücə kəndinə gedib.

Kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər. Həbsxana həyatı Turqay Mikayılov üçün heç də asan keçməyib. Gürcüstan vətəndaşı olmasına baxmayaraq, azərbaycanlı kimi qarşı tərəfdə onun barəsində kəşfiyyatçı münasibəti formalaşdırılıb. Beş ay həbsdə saxlanılan Turqay Mikayılov dekabrın 23-də Sadaxlı gömrük məntəqəsində Gürcüstan tərəfə təhvil verilib. Ermənistan və Gürcüstan gömrük məntəqələrində sənədləri ətraflı yoxlanıldıqdan sonra o, Faxralıya gəlib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR