"Qazprom"la SOCAR arasında Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib

"Qazprom"la SOCAR arasında Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib
20:52 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Qazprom" ASC-nin İdarə Heyətinin sədri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. 
"Report"-un TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər təbii qaz sahəsində ikitərəfli əməkdaşlığın hazırki vəziyyətini müzakirə edib, xüsusilə Rusiya təbii qazının Azərbaycana idxalı məsələsinə diqqət yetiriblər. 
"Azərbaycanda təbii qazın istehlakının artması perspektivləri nəzərə alınaraq, Rusiya qazının Azərbaycana idxalının artırılması məsələsi müzakirə edilib", - deyə məlumatda qeyd olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/qazprom-la-socar-rusiya-qazinin-azerbaycana-idxalinin-artirilmasi-meselesini-muzakire-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR