​Türkiyənin müdafiə naziri: "Türk əsgərləri Başikada təlimləri davam etdirir"

​Türkiyənin müdafiə naziri: "Türk əsgərləri Başikada təlimləri davam etdirir"
21:02 25 Dekabr 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ İraqın Başika bölgəsindəki Türkiyə əsgərləri terrorçuluğa qarşı mübarizə ilə bağlı təlimləri davam etdirir və bu məsələ üzrə yenidən tənzimləmə işləri görülür.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-mudafie-naziri-turk-esgerleri-basikada-telimleri-davam-etdiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR