Səlahət Ağayevin yeni klubu müəyyənləşdi - Super Liqada

Səlahət Ağayevin yeni klubu müəyyənləşdi -   Super Liqada
21:07 25 Dekabr 2015
85 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin qapıçısı Səlahət Ağayevin "İnter"dən ayrılacağını və Türkiyəyə gedəcəyini ilk olaraq saytımız sizə xəbər vermişdik. Onu "Qəbələ" də istəyir. 


Ancaq Səlahət böyük ehtimalla, Türkiyə variantını seçəcək. Çünki qapıçımız gözlənilənin əksinə olaraq, Türkiyənin I dəstəsindən yox, Super Liqadan təklif alıb.


Artıq qaynar.info həmin klubun adını dəqiqləşdirə bilib. Bu, ötən mövsüm elitaya vəsiqə qazanmış "Osmanlıspor"dur.


"Osmanlıspor"un əsas qapıçısı "Roma" və "Benfika"nın sabiq qolkiperi Artur Moraesdir. Klubun 2-ci və 3-cü qapıçıları olan Hakan Canbazoğlu və Ahmet Şahin isə 34 yaşlı qolkiperi əvəzləyəcək səviyyədə deyil. Bu üzdən Ankara komandasının baş məşqçisi Mustafa Rəşit Akçay Səlahətin transfer olunmasına isti yanaşır.


Qeyd edək ki, "Osmanlıspor" hazırda Super Liqada 18 xalla XII pillədə qərarlaşıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slaht-aayevin-yeni-klubu-muyynldi-t46423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR