Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib
14:29 30 Dekabr 2014
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib. APA-nın məlumatına görə, müraciət parlamentin bu gün keçirilən iclasında sədr müavini Bahar Muradova oxuyub.

 

Müraciətdə qarşıdan gələn bayramlarla əlaqədar dünya azərbaycanlıları təbrik edilir. Bildirilir ki, Azərbaycanın regionda və dünyada artan gücü dünya azərbaycanlıların daha da həmrəy olmasında əsas faktordur: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyevtərəfindən uğurla davam etdirilir və güclü Azərbaycan dövləti daim dünyadakı azərbaycanlıların yanındadır”.

 

Müraciət səsə qoyularaq qəbul olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR