Prezident Təhlükəsizlik Şurasını topladı (VİDEO, FOTO)

Prezident Təhlükəsizlik Şurasını topladı (VİDEO, FOTO)
21:16 25 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovqeyd edib ki, iclasda bir çox məsələlər barədə müzakirələr aparılacaq və dinləmələr olacaq. Təhlükəsizlik Şurasının iclası zamanı Suriyadakı müharibə ilə bağlı gedən işlər və danışıqların bu günə olan vəziyyəti, həmçinin Rusiya daxilindəki problem xarakterli sosial-iqtisadi məsələlər müzakirə olunacaq. İclasda həmçinin son günlərin əsas mövzusu Rusiya - Türkiyə münasibətləri barədəd də fikir mübadiləsi aparılacaq.


Dmitri Peskov

Qeyd edək ki, noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.



Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən İqlim Dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.

Həmçinin oxuyun: Rusların Türkiyəyə daha bir iddiası (VİDEO, FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR