Turizm sektorunda yenilik - VİDEO

Turizm sektorunda yenilik - VİDEO
21:17 25 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Devalvasiyanın daxili turizmə də təsiri qaçılmazdır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bunun təbii proses olduğunu qeyd edib. Amma süni qiymət artımına qarşı nəzarət gücləndiriləcək.

Daxili turizmdə də qiymət artımı müşahidə oluna bilər. Devalvasiyadan sonra ölkədəki mənzərə bu sahəyə də təsirsiz qalmayacaq.

Geridə qoyduğumuz il ölkəmizə gələn turistlərin sayında da azalma müşahidə olunub. Belə ki, təkcə 9 ay ərzində öncəki illə müqayisədə ölkəmizə 10% az turist gəlib. Bunun əsas səbəbi kimi dünyada hökm sürən maliyyə böhranı göstərilir.

Bu arada, Azərbaycan turizmində daha bir yeniliyin tətbiq edilməsi planlaşdırılır. Yenilik xaricə və ya ölkədaxili turizm obyektlərinə turist göndərən şirkətlərin həmin turistlərin sayına uyğun bankda müəyyən məbləğdə hesab açmalarını nəzərdə tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR