Aktrisa Nahidə Orucova: "Onu özümə kumir seçmişəm" - FOTO

Aktrisa Nahidə Orucova: "Onu özümə kumir seçmişəm" - FOTO
21:22 25 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, Musiqili Teatrın aparıcı aktrisası Nahidə Orucova özünə kumir seçdiyi insandan danışıb. Aktrisa Milli.Az-a bu haqda açıqlama verib.

"Mən hələ universitetə daxil olmamışdan əvvəl Akademik Milli Dram Teatrına tamaşaya baxmağa getmişdim. Həmin gün teatrda "Dəli yığıncağı" tamaşası oynanılırdı. Şəfiqə xanım bu tamaşada Pırpız Sona rolu ilə çıxış edirdi. Mən 1-ci sırada oturub onun roluna böyük həvəslə baxırdım. Sözün əsl mənasında Şəfiqə xanımın oyun tərzinə valeh olmuşdum. O hər dəfə səhnədə fırlandıqca elə bilirdim ki, əl-qol ata-ata göyə qalxacaq. Sanki bir qağayı idi. O gündən mən Şəfiqə xanımı özümə kumir seçdim. Universitetə qəbul imtahanımı məndən Mehdi Məmmədov götürdü. Mən səhnəyə çıxanda gördüm ki, eynəyini aşağı salıb, məni süzür. Yəqin ki, o məni Şəfiqə xanıma oxşatmışdı. Çünki Şəfiqə xanım o vaxtlar Mehdi Məmmədovla ailəli idi. Hər dəfə universitetdə Şəfiqə xanımı görəndə qucaqlamaq istəyirdim. Amma o bilmirdi ki, mən onun vurğunuyam. Sonradan məni onunla tanış etdilər. O gündən biz yaxın münasibətdəyik. İndi gə görüşürük, söhbətləşirik. Onun varlığı bu gün bizim sənətimiz üçün böyük bir mirasdir", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/391898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR