Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Biz Forest Qampa bənzəyirik"

"Biz Forest Qampa bənzəyirik"

Date: 25 December 2015 21:22

Premyer Liqanın lideri "Leicester City"ni çətin "Boxing day" periodu gözləyir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu ərəfədə fikirlərini bölüşən komandanın baş məşqçisi Klaudio Ranyeri "Leicester"in əzmkar və dözümlü olmasını məşhur film qəhramanına bənzədib.

"Özümü arxayın hiss edirəm. Çünki ötən mövsüm "Leicester" son iki ayda Premyer Liqada yerini qorudu. Bu, dözümlüyün fantastik olması anlamına gəlir. Nəyə görə daha irəli qaçmayaq? Biz Forest Qampa bənzəyirik. Oynamağa və gərgin çalışmağa davam etməliyik. Komanda ruhunun güclü olduğunu bilirik. Dözümlük yaxşı vəziyyətdə olduğu müddətdə istənilən rəqibə qarşı mübarizə apara bilərik. Topa nəzarət etmək vacibdir. Amma bizim ən qabarıq keyfiyyətimiz bu deyil. Nəyə görə daha yaxşı bacarmadığımız şeyi rəqibə göstərək? "Leicester" güclü komandadır. Çünki qüvvəsini nümayiş etdirir, zəif tərəflərini isə bacarıqla gizlədir. Oyunçular bir-birinə çox yaxındır. Bizim səviyyəmiz "Arsenal", "Manchester City" qədər deyil. Amma birlikdə döyüşürük. Biz hər top uğrunda mübarizə aparırırq".

Milli.Az


Tags:  Biz Forest Qampa bənzəyirik

RƏYLƏR


Top news