Dərmanların keyfiyyəti necə yoxlanılır? - VIDEO

Dərmanların keyfiyyəti necə yoxlanılır? - VIDEO
21:32 25 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Dərmanların qiymətinin aşağı salınmasından sonra idxal olunan dərmanların keyfiyyətli olub-olmaması ilə bağlı müxtəlif fikirlər səslənirdi. Maraqlıdır, görəsən, dərmanın keyfiyyəti necə yoxlanılır, hansı prosedurlardan keçirilir?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, mikrobioloji təmizliyi, steril və bakterial toksinlərə görə analiz edilir, bədəndə həll olunması da yoxlanılır. Ölkəyə gətirilən dərmanlar qeydiyyata alınmazdan əvvəl bu prosedurlardan keçir.

Dərmandan nümunələr götürülür və laborator analizlər aparılır. Sonra bütün tələblərə uyğundursa, preparata yararlı olmasına dair analiz protokolu verilir. Nümunələr üzərində yoxlamalar kimyəvi  və mikrobioloji tərkibinə görə aparılır.

Dərmanların hər bir seriyası laborator analizdən keçirilir. Bununla yanaşı, dərmanların bədəndə həll olunması da laboratoriyada  yoxlanılır.

Mərkəzin İnspeksiya rəisi Pərviz Əzizbəyov deyir ki, dövlət qeydiyyatına alınan, eyni tərkibə malik bütün dərmanlar laborator müayinədən keçirilir və onlara yararlılıq sertifikatı verilir. Keyfiyyətsiz dərmanın idxalına icazə verilmir. Bu səbəbdən vətəndaşların dərmanların keyfiyyətli olub-olmaması ilə bağlı narahatlıqları da əbəsdir.

Əgər vətəndaşlarda dərmanın keyfiyyəti ilə bağlı şübhə yaranarsa, bu zaman mərkəzin 012 596 07 12 qaynar xəttinə zəng vurub  müraciət edə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/393094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR