Əmlakını sığortalamayanların nəzərinə! - VİDEO

Əmlakını sığortalamayanların nəzərinə! - VİDEO
21:42 25 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əmlakın icbari sığortasının olmamasına görə cərimələr artırılır. Fiziki şəxslər üçün 3 dəfə. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, sığorta ekspertləri hesab edirlər ki, cərimələrin artırılması evlərini icbari qaydada sığortalayanların sayını da artıracaq.

Əmlakın icbari sığortasının olmamasına görə yeni cərimələr gələn ildən tədbiq olunacaq. Bu, İnzibai Xətalar Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur.

Yeniliyə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə fiziki şəxslər üçün cərimələr 10 manatdan 30 manata qaldırılır, vəzifəli şəxslər üçün bu rəqəm 60-80 manatın əvəzinə 80 , hüquqi şəxslər üçün isə 150-200 manat əvəzinə 200 manat  təşkil edəcək.

Ekspert Mustafa Abbasbəylinin fikrincə, əmlakın icbari sığortasının məbləği və ödənişi kifayət qədər əlverişlidir.  

Ölkə ərazisində 1 milyondan çox daşınmaz əmlak var ki, onun da yalnız 5 %-i icbari qaydada sığortalanıb. Halbuki, Avropa ölkələrində bu rəqəm 70 faizdir.

Mustafa Abbasbəylinin fikrincə bu, cərimə mexanizminin  olmaması ilə əlaqədardır. Lakin gələn il yeni qaydaların tətbiqi ilə  bu  sayın artması gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR