Müdafiə naziri: Ordumuzun ən müqəddəs vəzifəsi Dağlıq Qarabağı işğaldan azad etməkdir

Müdafiə naziri: Ordumuzun ən müqəddəs vəzifəsi Dağlıq Qarabağı işğaldan azad etməkdir
21:43 25 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəxsi Heyət Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin əsaslı təmir edilmiş binalarının açılışı mərasimində iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki binada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan zallarda ucaldılmış büstlərin önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Müdafiə nazirinə məlumat verilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin yerləşdiyi 2 mərtəbəli bina 50-dək inzibati, xidməti iş otaqları, eləcə də beynəlxalq tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş bir neçə konfrans, sindikat və görüş zallarından ibarətdir.

Şəxsi Heyət Baş İdarəsi, onun tabeliyində olan idarə və xidmətlər üçün əsaslı təmir olunan 3 mərtəbəli binanın 100-dək inzibati və xidməti iş otaqlarına yüksək texnologiyalı, geniş imkana malik telefon xətləri çəkilib, bütün kommunikasiya sistemləri yenilənib, ərazidə ağac və dekorativ gül kolları əkilib.

Hər iki idarənin şəxsi heyəti qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar maddi-texniki bazanın möhkəmləndirilməsini, müasir xidməti mənzillərin, yeni əsgər kazarmalarının, məişət obyektlərinin, müxtəlif təyinatlı xidməti və digər binaların tikilərək hərbçilərin istifadəsinə verilməsini xüsusi vurğulayıb: "Beynəlxalq hərbi əməkdaşlıq istiqamətində qarşıda duran əsas vəzifəmiz respublikamızın strateji maraqlarına uyğun olaraq, beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsasda hərbi əməkdaşlığı genişləndirərək haqq işimizi dünyaya çatdırmaqdan ibarət olmalıdır. Bunun üçün həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq əməkdaşlıq inkişaf etdirilməli və ən vacibi dövlət maraqlarımız daim qorunmalıdır.

Şəxsi heyətin idarə olunmasında sosial ədalət və bərabərlik prinsipləri rəhbər tutulmalı, diqqət və qayğı hər an hiss edilməlidir. Dövlətimizin və xalqımızın qayğısı ilə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan imkanlardan maksimum istifadə olunmalıdır. Kadrların seçilməsi, yerləşdirilməsi, vəzifələrə təyin edilməsinə də planlı rotasiya qaydasında yanaşılmalı, hər bir şəxsin müsbət və mənfi cəhətləri aşkar edilməli və vəzifəyə təyin edilərkən bu amillər mütləq nəzərə alınmalıdır. Həvəsləndirmə, mükafatlandırma, cəzaların tətbiq edilməsində əsasnamələrin və nizamnamələrin tələblərinə ciddi əməl edilməli, nizam-intizamın daim möhkəmləndirilməsi üçün lazım olan bütün addımlar atılmalıdır.

Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə daim ciddi məşğul olunmalı, hər bir şəxsin qayğı və problemləri dərindən öyrənilməli, fərdi yanaşma prinsipi daim rəhbər tutulmalıdır. Aparılan bütün tərbiyəvi iş ümummilli liderimiz Heydər Əliyevin irsinə, milli-mənəvi dəyərlərimizə söykənməklə yanaşı qabaqcıl təcrübə, iş, forma və üsulları özündə əks etdirməlidir.

Ən əsası isə heç vaxt unutmaq olmaz ki, ordumuzun ən müqəddəs vəzifəsi Dağlıq Qarabağın işğaldan azad edilməsidir. Son vaxtlar Silahlı Qüvvələrimiz cəbhədə düşmən üzərində üstünlüyə nail olub.

Qısa bir müddətdə düşmənin 20-dək canlı qüvvəsi məhv edilib, xeyli sayda yaralısı var, hərbi texnikası sıradan çıxarılıb, atəş nöqtələri susdurulub. Lakin əldə olunanlarla rahatlaşmaq olmaz. Bizim fəaliyyətimiz və cəbhədə tətbiq etdiyimiz taktika hərbi bölmələrimizin döyüş təcrübəsi qazanmasına imkan yaradaraq torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə yönəlməlidir".

Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəxsi heyəti qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edən Müdafiə naziri 2016-cı tədris ilində döyüş hazırlığının gücləndirilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bizi Twitter-dən izləyin: @trend_az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan kubokunda yarımfinal həyəcanı

30 Mart 2017 09:08

Argentina Futbol Federasiyasına yeni prezident seçilib

30 Mart 2017 09:05

Yeni “iPad” təqdim olundu

30 Mart 2017 09:05

Gəncədə avtomobil qəzası:3 nəfər yaralanıb - FOTO

30 Mart 2017 09:05

45 yaşlı kişi özünü dəhlizdə asdı - Yasamalda

30 Mart 2017 09:04

"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım

30 Mart 2017 08:57

Google Play-də WhatsApp-ın başına gələnlər

30 Mart 2017 08:57

Tarixdə bu gün: 30 mart

30 Mart 2017 08:53

Hindistanda qatar relsdən çıxdı: 18 yaralı

30 Mart 2017 08:52

Yuxunun keyfiyyəti izlənəcək

30 Mart 2017 08:52

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30 Mart 2017 08:49

Meksikada 10 meyit tapıldı

30 Mart 2017 08:47

Opera mini yeniləndi

30 Mart 2017 08:47

Qubada yanğın olub

30 Mart 2017 08:47

Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı

30 Mart 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 Mart 2017 08:47

Yuxuda təcavüzə məruz qalan qız polisə müraciət etdi - FOTO

30 Mart 2017 08:43

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:37

Bədənində döymə olanlara diqqət!

30 Mart 2017 08:33

Corc Maykl 3 aydan sonra dəfn edildi

30 Mart 2017 08:32

Samsung Galaxy Note 7 yenidən satılacaq

30 Mart 2017 08:32

Tramp qızını da dövlət qulluqçusu etdi

30 Mart 2017 08:28

Bakıda yaşayış binasında yanğın olub

30 Mart 2017 08:27

Twitter pullu olacaq?

30 Mart 2017 08:27

Müalicəvi zəlinin saxlanılma qaydası

30 Mart 2017 08:23

Bağdadda partlayış: 17 ölü

30 Mart 2017 08:22

Liflərdən istifadə asanlaşacaq

30 Mart 2017 08:22

Yaddaşı artırmağın 15 yolu

30 Mart 2017 08:18

Argentinada marixuana leqallaşdı

30 Mart 2017 08:17

3 D printerlə... yaşayış binaları çap ediləcək

30 Mart 2017 08:17

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

30 Mart 2017 08:12

Smartfonlarda mətn daha tez yığılacaq

30 Mart 2017 08:12

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

30 Mart 2017 08:08

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

30 Mart 2017 08:05

Smartfon ekranının kənar gözlərdən qorunacaq

30 Mart 2017 08:05

İrland dənizi üzərində vertolyot itib

30 Mart 2017 08:05

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mart 2017 08:05

Məhkəmə Tramp əleyhinə növbəti qərar çıxardı

30 Mart 2017 07:59

Şvaynştayger MLS-də!

30 Mart 2017 07:58

Təyyarələrlə bağlı yasağın səbəbi bilindi

30 Mart 2017 07:52

Oturaq insanlar, bunu etsəniz...

30 Mart 2017 07:48

“Ağıllı” lampalar populyarlaşacaq

30 Mart 2017 07:42

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

30 Mart 2017 07:40

Məhkəmə eks-prezident barəsində həbs qərarı çıxardı

30 Mart 2017 07:39

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

30 Mart 2017 07:37

Şvaynştayqer rəsmən "Chicago Fire”a keçdi

30 Mart 2017 07:34

Ər arvadının başını hamamda kəsdi - Bakıda dəhşət

30 Mart 2017 07:32

Blanka yeni reklamda - FOTO

30 Mart 2017 07:32

ABŞ-da ağır qəza: 12 nəfər öldü

30 Mart 2017 07:28

Görünən rənglərin sayınını artıracaq

30 Mart 2017 07:27