Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milad bayramı münasibətilə Britaniya Kraliçasının təbrik məktubu yayılıb

Milad bayramı münasibətilə Britaniya Kraliçasının təbrik məktubu yayılıb

Date: 25 December 2015 21:48


London, 25 dekabr, AZƏRTAC 
Dekabrın 25-də Milad Bayramı münasibətilə Britaniya Kraliçası II Elizabetin təbrik məktubu yayılıb.
“Buckingham” sarayından ünvanlanan məktubda Kraliça 2015-ci ilin ağrılı-acılı keçdiyini bildirib. Qeyd edib ki, bu il dünyanın ayrı-ayrı ölkələrində törədilən terror hadisələri ilə yadda qaldı. Məktubda Kraliçanın İncildən gətirdiyi və nikbinliyin əks olunduğu sitat da yer alıb: “Nur qaranlıqda parlayır və qaranlıq onu aradan qaldırmaq iqtidarında deyil”.
2016-cı ildə görüləcək işlərin çox olduğunu qeyd edən Kraliça hər kəsə uğurlar arzulayır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Tags:  Milad bayramı münasibətilə Britaniya Kraliçasının təbrik məktubu yayılıb


RƏYLƏR


Top news