Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bunun üçün səbəb yoxdur"

"Bunun üçün səbəb yoxdur"

Date: 25 December 2015 21:57

"Real"ın La Liqada "Rayo Vallecano" ilə son matçında 10:2 hesabıyla qələbə qazanması belə Rafa Benitezin göndəriləcəyi barədə söhbətləri səngitmədi. Bəzi İspaniya nəşrləri irəli gedərək "kral klubu"nun yenidən Joze Mourinyo ilə anlaşacağını yazdılar. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Benitezin agenti Manuel Qarsiya Kilon deyib:

"Güman edirəm ki, Rafa "Real Soceidad"la dekabrın 30-da baş tutacaq oyunda iş başında olacaq. Klubdan heç kim onun işinə son veriləcəyini bizə deməyib. Bunun üçün səbəb yoxdur. Anlayırıq ki, Benitezdən razı olmayan insanlar var. Amma o, "Real" azarkeşidir və komandanı çalışdırmaq üçün kifayət qədər hazırlıqlı mütəxəsisdir. Bu şaiyələr bizə problem yaratmır. Bu futboldur. Onunla futbolçular arasında narazılıq? Bunu futbolçuların özündən soruşun..."

Qeyd edək ki, "Real"ın prezidenti bir neçə gün əvvəl keçirilən mətbuat konfransında Benitezin problem yox, həll yolu olduğunu bildirmişdi.

Milli.Az


Tags:  Bunun səbəb yoxdur

RƏYLƏR


Top news