Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Hindistanın baş naziri ölkə tarixində ilk dəfə İsrailə rəsmi səfər edəcək (01 Mart 2017 17:37)
PA: Regionlara 39,5 milyard manat vəsait xərclənib (15 Fevral 2017 10:03)
PA-nın şöbə müdiri: “2004-cü ildən indiyədək regionlara 39,5 milyard manat vəsait xərclənib” (15 Fevral 2017 09:42)

Tarix: 25 Dekabr 2015 22:03


Laxor, 25 dekabr, AZƏRTAC
Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib. O, Laxor şəhərində Hindistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib.
Görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.
Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.
Bu, 2004-cü ildən bəri Hindistan Baş nazirinin Pakistana ilk səfəridir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Laxor

Teqlər:  Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib



RƏYLƏR


Top xəbərlər