Qonşu evindən oğurluq edən şəxs tutulub - FOTO

Qonşu evindən oğurluq edən şəxs tutulub - FOTO
22:05 25 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Astarada qonşusunun  əmlakına qənim kəsilən şəxs ifşa olunub.

Milli.Az bildirir ki, bu barədə məlumatı APA-ya Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Elvin Əzimzadə verib. Onun sözlərinə görə, rayonun Şahağacı kənd sakini, 1981-ci il təvəllüdlü Vüqar Süleymanov müxtəlif vaxtlarda həmkəndlisi Gülşən Əhədovanın fərdi yaşayış evindən və həyətyanı sahəsindən oğurluq etməkdə şübhəli bilinərək yaxalanıb. 
 
İlkiin araşdırmalardan məlum olub ki, saxlanılan şəxs əvvəlcə həmkəndlisinin həyətindəki xeyli sayda ev quşuna tamah salaraq onları oğurlayıb. Cinayətinin cəzasız qalacağını düşünən Vüqar Süleymanov növbəti dəfə Gülşən Əhədovanın mənzilinə soxularaq oradan 2 ədəd balıqçı torunu, bir müddət sonra balıq ovu üçün istifadə olunan digər avadanlıqları və xüsusi kombinezonu götürərək mənimsəyib.
 
Əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış Vüqar Süleymanov istintaqa verdiyi ifadəsində törətdiyi əməlindən peşiman olduğunu etiraf edib.
 
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/393176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR