Taekvondo üzrə Azərbaycan çempionatının birinci günündə dörd idmançı qalib olub

Taekvondo üzrə Azərbaycan çempionatının birinci günündə dörd idmançı qalib olub
22:07 25 Dekabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatının birinci gününün qalibləri məlum olub.
Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda kişilərin mübarizəsində Məcid Sofiyev (54), Maqomedyasin İbraqimov (63 kq) və Bayraməli Vəliyev (87 kq), qadınlar arasında isə Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib idmançılar diplom və medallarla təltif edilib.
Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparırlar.
Yarış ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədini daşıyır.
Üç gün davam edəcək yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar.


Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/taekvondo-uzre-azerbaycan-cempionatinin-birinci-gununde-dord-idmanci-qalib-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR