Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Toy tortunun bir dilimi 1375 dollara satıldı

Toy tortunun bir dilimi 1375 dollara satıldı

Date: 25 December 2015 22:14

Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə kəsdikləri tortun bir parçası qablaşdırılaraq saxlanılmışdı. Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, kral ailəsinə məxsus həmin tort dilimi 34 ildən sonra hərracda 1375 ABŞ dollarına satılıb. Qutunun üzərində gümüşü həriflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərifləri “CD/ Bukinhem sarayı/29 iyul 1981” yazılıb.

 

Şahzadə Uilyam və Keyt Midltonun 2011-ci il aprelin 29-da olmuş toyunun tort dilimi isə 2013-cü ildə hərracda 4 min ABŞ dollarına satılmışdı.


Tags:  Toy tortunun dilimi 1375 dollara satıldı

RƏYLƏR


Top news