Masazırda bu yerlərdə ev tikilməsi TƏHLÜKƏLİDİR

Masazırda bu yerlərdə ev tikilməsi TƏHLÜKƏLİDİR
22:27 25 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Baş Nazirin müavini Abid Şərifovun tapşırığı əsasında Geologiya və Geofizika İnstitutu tərəfindən Masazır qəsəbəsində qaz sızması nəticəsində yaranmış vəziyyət araşdırılıb.

Milli.Az bildirir ki, nstitutdan publika.az-a verilən məlumata görə, Masazır qəsəbəsində təxminən 1100 yaşayış evi yerləşən 80 ha ərazidə karbohidrogen qazları üzrə qaz-geokimyəvi planaalma işləri, elektrik kəşfiyyatının ŞEZ (Şaquli elektrik zondlama) üsulu ilə tədqiqatlar (çöl işlərinin həcmi 607.6 pm), metan qazı axınının təyini məqsədilə aktiv tektonik zonalarda radiometrik tədqiqatlar aparılıb. 
 
Əraziyə yaxın olan 3 palçıq vulkanı (Keyrəki, Abix və Zigilpiri) və neft-bitum çıxışları haqqında geniş məlumat hazırlanıb. 
 
Aparılmış tədqiqatlar nəticəsində sahə üzrə metan qazının paylanma xəritəsi tərtib edilib. ŞEZ üsulu ilə aparılmış çöl işlərinin nəticələrinə əsasən iki profil üzrə geoelektrik və geofiziki-litoloji kəsilişlər tərtib edilib. Hər iki profil üzrə aparılmış emal işləri nəticəsində sahənin geoloji kəsilişini təşkil edən süxurların fərz olunan və xüsusi elektrik müqavimətləri, həmçinin bu profillər üzrə şimal-şərq istiqamətində ehtimal olunan pozulma xətləri təyin edilib. Həmin ərazidə təhlükəli zona ayrılıb, orada təsərrüfat işlərinin aparılmasının, xüsusilə yaşayış binalarının tikilməsinin böyük təhlükə yaratmasına, xoşa gəlməyən sonluqla nəticələnməsinə dair Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR