Böyük Britaniya kraliçası ll Yelizaveta Milad Günü mərasimlərinə qatılıb

Böyük Britaniya kraliçası ll Yelizaveta Milad Günü mərasimlərinə qatılıb
22:37 25 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Böyük Britaniyada Kraliyyət Ailəsi Sandringham Malikanəsinin yaxınlığında kilsədə Milad Günü mərasimlərinə qatılıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbər görə, kraliça ll Yelizavetanın da iştirakı ilə ailə üzvləri Müqəddəs Mary Magdalene Kilsəsinə bu səhər Bentley avtomobilində gəliblər.
Yağışa baxmayaraq, yüzlərlə insan tədbirə gələn kraliçanı salamlamağa çıxıb.
Mərasimdən sonra o, Sandringham Malikanəsinə qayıtsa da, nəvəsi Şahzadə Harry vətəndaşlarla söhbət üçün ayaq saxlayıb.
Mərasim milli himn ilə başlayıb, sonra dini mahnılarla davam etdirilib. Kral Ailəsi daha sonra Kraliçanın Milad Günü nitqini izləyəcəklər.




Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/britaniya-kral-ailesinin-milad-gunu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR