3 yaşlı qız hamilə anasının həyatını qurtardı - qəhrəman elan edildi

3 yaşlı qız hamilə anasının həyatını qurtardı - qəhrəman elan edildi
22:41 25 Dekabr 2015
295 Şou
Ölkə mətbuatı
A- A+

3 yaşlı Emma İngiltərədə qəhrəman uşaq elan edilib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hamilə anası nərdivandan yıxılan qızcığaz özünü itirməyərək təcili tibbi yardıma zəng edib. Yayılan səsyazısında Emma çox sakit şəkildə baş verənləri tibb işçilərinə başa salır.

Nəticədə hadisə yerinə gələn təcili tibbi yardım işçiləri həm Emmanın anasını, həm də dünyaya gəlməmiş qardaşını xilas edə bilirlər.

Qeyd edək ki, hadisə ötən ay baş verib. Tibb işçiləri bu nümunəvi hərəkətinə görə Emmanı medalla mükafatlandırıblar.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR