İŞİD-dən qorxunc fətva (FOTO)

İŞİD-dən qorxunc fətva (FOTO)
23:01 25 Dekabr 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçularının orqan alveri ilə məşğul olduqları məlum olub.

ANS PRESS-in məlumatına görə, ABŞ rəsmilərinin apardığı əməliyyat nəticəsində əldə edilən İŞİD-ə məxsus sənədlərdə orqan nəqli ilə bağlı fətvalar yer alıb.
31 yanvar 2015–ci ildə verilən fətvaya görə, bir müsəlmanın həyatını qurtarmaq üçün hər hansı əsirin orqanları götürülə bilər.

“Kafirlərin həyatı və orqanları heç bir hörmətə layiq deyildir, alınıb satıla bilər. Onlar cəzalarını çəkməlidir. Müsəlmanların həyatı ancaq kafirlərin orqanları ilə xilas edilə bilər. Belə bir şey dinə görə haram sayılmır” sözləri fətvada yer alıb.

Təşkilatın orqan alveri ilə məşğul olmasına dair söz-söhbətlər bir müddət bundan əvvəl yayılıb. Bu ilin fevral ayında İraqın Mosul şəhərində 12 həkim əsrlərin orqanlarını çıxarmağı rədd etdiyi üçün İŞİD tərəfindən edam edilib.

Aşkar olunan kütləvi məzarlıqlarda araşdırmalar aparan mütəxəsislər cəsədlərin orqanlarının, əsasən də böyrəklərinin çıxarıldığını sübuta yetirib. Bu əməliyyatların keçmiş İraq lideri Səddam Hüseynin Mosuldakı iqamətgahında yaradılan xəstəxanada aparıldığı deyilir.

Bununla da İŞİD terrorçularının orqan qaçaqmalçılığı ilə məşğul olduğu da ortaya çıxır. Bu sənədləri ABŞ rəsmiləri may ayında İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyat zamanı ələ keçirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR