Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xalq artisti: "Oğlum evlənməyə qız tapmır"

Xalq artisti: "Oğlum evlənməyə qız tapmır"

Date: 25 December 2015 23:12

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov ailəsindən danışıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən xalq artisti oğlunu evləndirə bilməməsindən gileylənib:
 
"Oğlumun 45 yaşı tamam olub, amma hələ də subaydır. Mənə söz vermişdi ki, 2015-ci il dekabrın 31-dək evlənəcək. Amma ilin başa çatmasına beş gün qalıb, hələ də qız tapa bilməyib. Soruşuram, ay oğul, nə oldu, bəs niyə məni sevindirmirsən? Şikayət edir, ata, qız tapa bilmirəm. Deyirəm ki, düz-dünya qızla doludur, amma sənə qız qəhətldir. Gecdir, mən də onun övladlarını görmək istəyirəm". 
 
Qeyd edək ki, aktyor bir qız, bir oğul atasıdır.

Milli.Az


Tags:  Xalq artisti Oğlum evlənməyə qız tapmır


RƏYLƏR


Top news