"Maradona ilə baş verənlər təkrarlanır"

"Maradona ilə baş verənlər təkrarlanır"
23:37 25 Dekabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya və dünya futbolunun əfsanəsi Pele müasir dövrün ən güclü futbolçuları haqqında fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "futbol kralı" Neymar və Messini qeyd edib.

"Neymar yaxşı futbolçudur. Amma başla nə qədər qol vurub? O. böyük futbolçu olsa da, Pele formada olanda ondan 10 dəfə güclü idi. Neymar hücumçudur. Qol epizodları yaratmır, topu daşımır. Bu çatışmazlıqla onu müqayisə etmək çətindir. Həmişə demişəm ki, son onilliyin ən güclü futbolçusu Messidir. İndi ona bərabər futbolçu yoxdur. Əvvəl Ronaldo rəqabət aparırdı. Bununla belə, Messi də başla yaxşı oynamır. Daha çox sol ayağını işlədir. İstənilən halda, o başqalarından güclüdür. Maradona ilə baş verənlər təkrarlanır. Messinin bəxti gətirib ki, onu müqayisə etməyə heç kim yoxdur. O vaxtlar məni Bekkenbauer, Sokrates və Dirseu Lopezlə müqayisə edirdilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR