Yüzlərlə miqrant yenidən Avrotunel vasitəsilə İngiltərəyə keçməyə çəhd edib

Yüzlərlə miqrant yenidən Avrotunel vasitəsilə İngiltərəyə keçməyə çəhd edib
23:37 25 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Fransa təhlükəsizlik qüvvələri yüzlərlə miqrantın Avrotunel vasitəsilə İngiltərəyə keçmək çəhdinin qarşısını almaq üçün səfərbər olublar. "Report" TASS-a istinadən verdiyi xəbərə görə, insanların sayı o qədər çox olub ki, polis Avrotunel-ə gedən yolu bağlamalı olub.
Britaniya və Fransa rəsmiləri bildiriblər ki, qanunsuz mühacirlərin ölkəyə daxil olmasının qarşısının alınması onlar üçün başlıca prioritetdir.
Qeyd edək ki, Afrikadan Aralıq dənizi vasitəsilə İtaliya və Yunanıstana gələn minlərlə miqrant qanunsuz olaraq Fransa ərazisinə daxil olur. Həmin miqrantlar daha sonra yük maşınlarında və qatarlarda İngiltərəyə keçməyə cəhd edirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yuzlerle-miqrant-avrotunel-vasitesile-yeniden-i-ngiltereye-kecmeye-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR