Türklər Kasilyasdan vaz keçib, Ağayevi seçdi

Türklər Kasilyasdan vaz keçib, Ağayevi seçdi
23:47 25 Dekabr 2015
148 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Osmanlıspor" klubunun millimizin qapıçısı Səlahət Ağayevi istəmə səbəblərinə aydınlıq gəlib.


Ankara komandasının braziliyalı qapıçısı Artur Moraes Türkiyə Superliqasının noyabrın 22-də keçirilmiş XII turunun "Çaykur Rizəspor"la matçında zədələnibmiş. O, 67-ci dəqiqədə yerini Hakan Canbazoğluna veribmiş. "Osmanlıspor" da qapısında yeganə qolu məhz Hakanın qapıda dayandığı müddətdə buraxıbmış.


Bundan sonra baş tutan "Antalyaspor" (1:1), "Kasımpaşa" (0:1), "Bursaspor" (4:0) və "Beşiktaş" (2:3) ilə matçlarda Superliqanın debütantının "çərçivə"sini Hakan və Ahmet Şahin qoruyub. Lakin baş məşqçi Mustafa Rəşit Akçay bu 2 qapıçının durumundan razı qalmayıb. Xüsusən də "Beşiktaş"la matçda hesabda 2 dəfə öndə olmalarına baxmayaraq, uduzmaları klub rəhbərliyini hirsləndirib.


Nəticədə klub prezidenti Sadık Dik əcnəbi qapıçı axtarışlarına başlayıb. Hətta Türkiyə mətbuatına inansaq, klub "Osmanlıspor"un fəxri prezidenti və eyni zamanda Ankaranın meri Melih Gökçəyi fərəhləndirmək üçün Madrid "Real"ının sabiq, "Portu"nun indiki qapıçısı İker Kasilyasın namizədliyi üzərində də düşünüb. Lakin sonradan "Osmanlıspor" bu keçidin baş tutmayacağını anlayıb daha ucuz başa gələn Səlahətin üzərində dayanıb. Onun "İnter"lə müqaviləsinin başa çatması da bu keçidin asanlaşmasına səbəb olub.


Qeyd edək ki, "Osmanlıspor" 2 gün sonra səfərdə "Akhisar Bələdiyyəspor"un qonağı olacaq. Bu matçda da zədəsini sağaltmaqla məşğul olan Arturun qapıda dayanmayacağı ehtimal edilir.(Qaynar.info)


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turklr-kasilyasdan-vaz-kecib-aayevi-secdi-t46425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR