Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

36 yaşlı kişi intihara cəhd edib

36 yaşlı kişi intihara cəhd edib

Date: 25 December 2015 23:47

Şəkidə 36 yaşlı kişi intihara cəhd edib.

Milli.Az bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, dekabrın 25-i axşam saat 22 radələrində rayonun Kiş kənd sakini, 1979-cu il təvəllüdlü Mətin Alışan oğlu Hüseynov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 36 yaşlı Mətin Hüseynov intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mətin Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  yaşlı kişi intihara cəhd edib

RƏYLƏR


Top news