Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yüzlərlə miqrant yenidən Avrotunel vasitəsilə İngiltərəyə keçməyə çəhd edib

Yüzlərlə miqrant yenidən Avrotunel vasitəsilə İngiltərəyə keçməyə çəhd edib

İlin əvvəlindən Avropaya 25 mindən çox miqrant gəlib (24 Mart 2017 22:37)
Türkiyədə 83 miqrant saxlanıldı (13 Mart 2017 22:53)
Aralıq dənizində 500-dən çox miqrant xilas olunub (06 Mart 2017 01:53)

Tarix: 25 Dekabr 2015 23:57

Fransa təhlükəsizlik qüvvələri yüzlərlə miqrantın Avrotunel vasitəsilə İngiltərəyə keçmək çəhdinin qarşısını almaq üçün səfərbər olublar. "Report" TASS-a istinadən verdiyi xəbərə görə, insanların sayı o qədər çox olub ki, polis Avrotunel-ə gedən yolu bağlamalı olub.

Britaniya və Fransa rəsmiləri bildiriblər ki, qanunsuz mühacirlərin ölkəyə daxil olmasının qarşısının alınması onlar üçün başlıca prioritetdir.

Qeyd edək ki, Afrikadan Aralıq dənizi vasitəsilə İtaliya və Yunanıstana gələn minlərlə miqrant qanunsuz olaraq Fransa ərazisinə daxil olur. Həmin miqrantlar daha sonra yük maşınlarında və qatarlarda İngiltərəyə keçməyə cəhd edirlər.

Milli.Az


Teqlər:  Yüzlərlə miqrant yenidən Avrotunel vasitəsilə İngiltərəyə keçməyə çəhd edib



RƏYLƏR


Top xəbərlər