Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib

Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib

Gürcüstan prezidenti: “Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir” (16 Mart 2017 12:09)
İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi (11 Mart 2017 16:23)
NATO PA-nın yaz sessiyası Tbilisidə keçiriləcək (09 Mart 2017 09:42)

Tarix: 25 Dekabr 2015 23:57

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili hazırda Baş nazirin müavini və xarici işlər naziri vəzifələrini icra edən Georgi Kvirikaşvilinin Baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkə parlamentində hakim "Gürcü arzusu" partiyasının təşkil etdiyi koalisiya dekabrın 25-də Georgi Kvirikaşvilinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Prezident Georgi Marqvelaşvili deyib: "Mən Georgi Kvirikaşvilinin namizədliyini dəstəkləyirəm və onun Baş nazir postuna təyin olunması ilə bağlı qərarı təsdiqlənmək üçün yenidən parlamentə təqdim etdim. İndi söz parlamentindir".

G.Kvirikaşvili 1967-ci il iyulun 20-də Gürcüstanda anadan olub. Gürcüstan Prezidenti administrasiyasında işləyib, 1999-2004-cü illərdə parlamentin deputatı olub. M.Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstan banklarında aparıcı postları tutan G.Kvirikaşvili 2006-2011-ci illərdə milyarder Bidzina İvanaşvilinin təsis etdiyi "Kartu bank"ın baş direktoru olub. 2012-ci ilin oktyabrında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ilin iyulunda Baş nazirin müavini, 2015-ci il sentyabrın 1-də isə xarici işlər naziri təyin olunmuşdu.

Milli.Az


Teqlər:  Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib



RƏYLƏR


Top xəbərlər