Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirdi
00:34 26 Dekabr 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qətl hadisəsi törədilib. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi, 3 ünvanında baş verib.

 

45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başından dəmir parçası ilə də dəfələrlə vurub. Nəticədə 43 yaşlı Əbülfət Həbibov hadisə yerində ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Elxan Həbibov saxlanılıb. Nərimanov rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

 

APA-nın əldə etdiyi məlumata görə, Elxan Həbibov ruhi xəstədir. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həbibovların bir qardaşı bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından özünü ataraq, intihar edib.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR